ARB TV-də yayımlanan "Elgizlə izlə" verilişinə müraciət edən şəxs dedikləri ilə gündəm yaradıb.
Bizim.Media xəbər verir ki, Bəhruz adlı kişi iki qadının təcavüzünə məruz qaldığını söyləyib.
Bəhruzun sözlərinə görə, qadınlar onun əl-qolunu bağlayaraq başına iş açıblar və bu anları kameraya çəkiblər.
O bildirib ki, həmin görüntülər şantaj vasitəsinə çevrilib. Belə ki, qadınlar onu rüsvay edəcəkləri ilə hədələyir.
Zərərçəkən şəxs qadınlardan birinə ərinin kömək etdiyini də əlavə edib.
Daha ətraflı videodan baxa bilərsiniz.
Bizim.Media