“Kamilin adı “İnterpol”da axtarış siyahısında yoxdur. Ermənilər özlərinin bəzi yollarla qanuna zidd olaraq Rusiya ərazisində Azərbaycan vətəndaşını saxlamaqla qanun pozublar”.
Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı və prodüser Tarix Əliyev (Tolik) fitnes məşqçi Kamil Zeynallının gecə saatlarında Moskvanın “Domodevo” hava limanından Bakıya gələrkən hüquq mühafizə orqanları tərəfindən saxlanılması hadisəsinə sosial şəbəkə hesabında paylaşdığı postda yazıb.
MÖVZU İLƏ BAĞLI:
Kamil Zeynallı Rusiyada saxlanıldı - VİDEO
Tolik məsələ ilə bağlı fikirlərini belə nəql edib:
“Kamili axtarışa Ermənistan Hərbi Prokurorluğu verib. Amma nə əsasla? Kamil onların vətəndaşları kimi adam öldürməyib”.
Qeyd edək ki, Kamil Zeynallı müğənni Gülay Zeynallı ilə ailəlidir.
Rəşad Əliyev, Bizim.Media