Tələbə mərc oyunlarından böyük məbləğdə pul uduzdu, həbs edildi

Hazırda oxunan: Tələbə mərc oyunlarından böyük məbləğdə pul uduzdu, həbs edildi

179113

­­­­­Fevralın 15-də Azərbaycan Universitetinin 3-cü kurs tələbəsi, 1995-ci il təvəllüdlü Nurlan S. həbs edilib.

Bizim.Media publika.az-a istinadən xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsi Nurlanı Cinayət Məcəlləsinin 178.2.4-cü (Xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilib.

29 yaşlı tələbə iki il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və həmin gün məhkəmə zalında həbs edilib. Həmçinin məlum olub ki, həbs edilən tələbə “GESKO” şirkətində növbə rəisi vəzifəsində işləyirmiş.

Dələduzluq hadisəsinə gəlincə, tələbənin Mirqalib adlı qazini aldadaraq 22 min manat pul alması barədə şikayətdən sonra cinayət məsuliyyətinə cəlb edilməsi məlum olub.

Belə ki, Nurlan həmin şəxsi aldadaraq ona müharibədə iştirakına görə torpaq sahəsi ayırtdıracağını və ev alacağını deyib. Bu adla o, həmin şəxsdən 22 min manata yaxın pul alıb və bütün pulları “Topaz”da mərc oyunlarına qoyaraq uduzub.
Bundan sonra Mirqalib Q. polisə şikayət edib. Nurlanın ailəsi zərərçəkmişə cəmi 5 min manat qaytara bilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin