Polşada fermerlər Ukrayna məhsullarını boykot etməkdə davam edirlər.
Bizim.Media xəbər verir ki, etiraz edən polşalı fermerlər Ukrayna ilə sərhəddə dəmiryolunu bağlayıblar.
MÖVZU İLƏ BAĞLI:
Fermerlər Ukrayna məhsullarını boykot EDİR: “Avropa İFLİC OLUB”
Etirazçılar dəmir yolu relslərinin üzərinə tikinti tullantılarını töküblər.
Qeyd edək ki, Polşada fermerlər, Aİ-nın Ukraynadan ucuz idxalı dayandırmaq üçün kifayət qədər iş görməməsindən şikayət edirlər. Onların fikrincə, bu da yerli istehsalın azalmasına gətirib çıxarır. Buna görə də Ukrayna yük maşını sürücülərinin 27 üzv ölkədə işləmək üçün icazə alması tələbinin yenidən tətbiq edilməsini istəyirlər.
Bizim.Media