2023-cü ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına 6,4 milyard manat investisiya yatırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Dövlət Statistika Komitəsi yayıb.
İl ərzində Qarabağ iqtisadi rayonunda əsas kapitala 2 milyard 438 milyon 21 min manat vəsait yönəldilib. Bunun 2 milyard 362 milyon 675 min manatı və yaxud 96,9 %-i tikinti-quraşdırma işlərinə sərf edilib.
İqtisadi rayon üzrə ən çox investisiya 623 milyon 158 min manat olmaqla Şuşa rayonuna yatırılıb. Bu da rayon üzrə ümumi investisiyaların 25,6 %-ni təşkil edib. Həmin vəsaitin 614 milyon 563 min manatı və yaxud 98,5 %-i tikinti-quraşdırma işlərinə xərclənib.
Hesabat dövründə Xankəndi şəhərində əsas kapitala 31 min 500 manat investisiya yönəldilib ki, bu vəsaitin hamısı tikinti-quraşdırma işlərinə aid olub. Ağcabədi rayonunda əsas kapitala ümumilikdə 58 milyon 910 min manat, o cümlədən, tikinti-quraşdırma işləri üzrə 43 milyon 781 min manat, Ağdam rayonunda ümumilikdə 568 milyon 374 min manat, o cümlədən, tikinti-quraşdırma işləri üzrə 545 milyon 977 min manat, Bərdə rayonunda ümumilikdə 15 milyon 429 min manat, o cümlədən, tikinti-quraşdırma işləri üzrə 14 milyon 959 min manat, Füzuli rayonunda ümumilikdə 677 milyon 174 min manat, o cümlədən, tikinti-quraşdırma işləri üzrə 657 milyon 618 min manat, Xocalı rayonunda ümumilikdə 304 milyon 223 min manat, o cümlədən, tikinti-quraşdırma işləri üzrə 303 milyon 982 min manat, Xocavənd rayonunda ümumilikdə 113 milyon 951 min manat, o cümlədən, tikinti-quraşdırma işləri üzrə 112 milyon 319 min manat, Tərtər rayonunda ümumilikdə 76 milyon 768 min manat, o cümlədən, tikinti-quraşdırma işləri üzrə 69 milyon 442 min manat vəsait yönəldilib.
2023-cü ildə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə əsas kapitala yönəldilmiş vəsaitin məbləği 3 milyard 955 milyon 190 min manat təşkil edib. Bunun 3 milyard 749 milyon 665 min manatı və yaxud 94,8 %-i tikinti-quraşdırma işlərinə sərf edilib.
Bu iqtisadi rayon üzrə ən çox investisiya 1 milyard 563 milyon 743 min manat olmaqla Laçın rayonuna yatırılıb. Bu da iqtisadi rayon üzrə ümumi investisiyaların 39,5 %-ni təşkil edib. Həmin vəsaitin 1 milyard 502 milyon 394 min manatı və yaxud 96 %-i tikinti-quraşdırma işlərinə xərclənib.
Hesabat dövründə Cəbrayıl rayonunda əsas kapitala ümumilikdə 639 milyon 253 min manat, o cümlədən, tikinti-quraşdırma işləri üzrə 506 milyon 16 min manat, Kəlbəcər rayonunda ümumilikdə 879 milyon 512 min manat, o cümlədən, tikinti-quraşdırma işləri üzrə 874 milyon 208 min manat, Qubadlı rayonunda ümumilikdə 282 milyon 69 min manat, o cümlədən, tikinti-quraşdırma işləri üzrə 279 milyon 382 min manat, Zəngilan rayonunda ümumilikdə 590 milyon 611 min manat, o cümlədən, tikinti-quraşdırma işləri üzrə 587 milyon 663 min manat vəsait yönəldilib.
Ümumilikdə ötən il Azərbaycanda əsas kapitala 20 milyard 296,6 milyon manat məbləğində vəsait yönəldilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:34 / 20.02.2024
Ötən il Qarabağ və Şərqi Zəngəzura nə qədər investisiya yatırılıb?
Hazırda oxunan: Ötən il Qarabağ və Şərqi Zəngəzura nə qədər investisiya yatırılıb?
Hazırda oxunan: Ötən il Qarabağ və Şərqi Zəngəzura nə qədər investisiya yatırılıb?
179015
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.