“Solovyov sindromu” və erməni xislətinin ORTAQ CƏHƏTİ 

Hazırda oxunan: “Solovyov sindromu” və erməni xislətinin ORTAQ CƏHƏTİ 

17900

“İrəvan və Moskva Sünik bölgəsində Rusiya hərbi bazasının dayaq məntəqəsini yaratmaq haqqında müzakirələr aparır”.

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın ermənipərəst teleaparıcısı Vladimir Solovyov Paşinyana istinadla özünün “Twitter” səhifəsində bölüşüb. 
 

MÖVZU İLƏ BAĞLI:

Solovyovun erməni sevgisi bəlli oldu - Arvadı azərbaycanlıyla xəyanət edib - FOTO


Solovyovun Paşinyana istinadını Marqarita Simonyanın sifarişi adlandıranlar da var. Ümumiyyətlə, Rusiyada ermənilərlə əlbir olub, Azərbaycana qarşı qarayaxma kampaniyası aparan rus jurnalistləri az deyil.

Azərbaycana qarşı olan rusiyalı media mənsubları arasında Olqa Skabeyevanının adını çəkmək olar.

“Rossiya-1” telekanalında “60 dəqiqə” proqramının aparıcısı 44 günlük savaş ərzində azərbaycanlı tamaşaçılar tərəfindən o qədər “ağ yuyulub, qara sərilib ki”. Yer gəlmişkən, Olqa Skabeyeva Marqarita Simonyanın ən yaxın rəfiqələrindən biridir. 

Pul, efir və şöhrət təklifləri ilə bəzi rusları Azərbaycana qarşı ən çox ələ alanlardan biri də Aram Qabrelyanovdur. Ondan başqa, Rusiyada “Comedy Club”ın yaradıcısı Artur Canibəyyan da erməni mediamaqnatlarından sayılır. Marqarita Simonyanın özü “Russia Today”ə nəzarət edir. Və...

Rusiya mediasında erməni işğalı...

İllər öncə, “şaltay-boltay” haker qrupu Aram Qabrelyanovun poçt qutusuna giriş əldə edərək isbat edib ki, Rusiyanın erməni jurnalistləri Azərbaycana qarşı geniş, planlı və təxribat xarakterli fəaliyyət göstərir. Qabrelyanovun yazışmaları arasında “Marqo” – Marqarita Simonyanla məktublaşma da diqqət çəkib. 

Xatırladaq ki, sadalanan ermənilərin Rusiyada bir neçə telekanalları, aparıcı xəbər agentlikləri var.

Təsəvvür edin ki, Marqarita Simonyan həm də “Rusiya bu gün” beynəlxalq mediaqrupunun baş redaktorudur. Həmin mediaqrupa “Sputnik”, “RİA Novosti” kimi agentliklər daxildir. “Rambler”i də ermənilərin idarə etdiyini bildiyimiz halda, Rusiya KİV-in ermənipərəst mövqe sərgiləməsinə təəccüblənmək lazım deyil. 

Ermənilər Rusiya mediasını elə zəbt ediblər ki, rus jurnalistlər işsiz qalmamaq üçün ermənilərlə “dostluq” etməyə məcburdurlar. 

Solovyovun əsl dərdi başqadır.

Solovyovun Azərbaycana qarşı olması və ermənipərəst siyasət sərgiləməsinin əsl mahiyyəti 2021-ci ilin ilk ayında bəlli oldu. Sən demə, Solovyovun keçmiş həyat yoldaşı ona azərbaycanlı ilə xəyanət edib. Vladimir deyib ki, 

"Məni Azərbaycana nifrətdə və ermənipərəstlikdə ittiham edirlər. Ancaq boş yerə! Niyə fərqli mövqe tutmalıyam ki? Azərbaycana qarşı nifrətimin səbəblərini bilirsinizmi? İndiyə qədər ilk həyat yoldaşımın azərbaycanlı ilə mənə necə xəyanət etdiyini unuda bilmirəm!

Keçmiş həyat yoldaşımın dediyinə görə, azərbaycanlılar yataqda daha aktivdirlər. Ancaq arvadımın görüşdüyü oğlan adi bir tərəvəz satıcısı idi. Bu nüans mənim üçün çox alçaldıcıdır”

Bunları deyən Solovyov yəqin ki, sevginin sərhəd tanımadığını unudub. Bu isə o deməkdir ki, bu mücərrəd hiss təbəqələşmədən, təhsil səviyyəsindən, peşə mənsubiyyətindən uzaqdır. Ona qalsa, Solovyovun hazırkı arvadı Elqa Sepp model olub, hazırda isə evdar xanımdır. Elqadan əvvəl isə Solovyovun Olqa və Yuliya adlı həyat yoldaşları olub. Onlardan hansının yaxud, hər ikisinin azərbaycanlıları sevməsi məlum deyil. Hər halda Solovyov Olqadan 2, Yuliyadan bir övladını tərk eləməyə səbəb tapıb.

Qeyd edək ki, hazırkı həyat yoldaşından olan 5 övladı da Solovyovun əvvəlki xanımlarının azərbaycanlıları sevdiyini unutdurmur. 

Psixoloqların fikrincə, “Solovyov sindromu” və “erməni xisləti”ndə oxşar cəhət hər iki problemdən əziyyət çəkənlərin azərbaycanlılara həsəd aparması, yaxud paxıllıq etməsidir.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin