“Meduza” hitinin ifaçısı Tailandda SAXLANILDI - FOTO/VİDEO

Hazırda oxunan: “Meduza” hitinin ifaçısı Tailandda SAXLANILDI - FOTO/VİDEO

178990

“Meduza” mahnısı ilə məşhur olan repçi Alan Arkadyeviç Xadzaraqovun (Manrang) başı dərddədir. 

Bizim.Media xəbər verir ki, musiqiçi Tailandın Phuket şəhərində saxlanılaraq polis bölməsinə aparılıb.  

Onun sözlərinə görə, bütün bunlar tanımadığı şəxs üçün sosial şəbəkə üzərindən yerli bank kartına ianə toplamağa görə baş verib.  

“Polis dedi ki, yaxşıyam. Deyəsən sənədlərimi yoxlayacaqlar. Heç bir insident olmadı, mən heç nə etmədim”, - deyə Matrang açdığı canlı yayımda bildirib.  

Qeyd edək ki, Matrang hazırda Tailandda yaşayır. İlin əvvəlində repçi artıq ictimai şəxs olmaq istəmədiyini və sənəti ilə vidalaşdığını açıqlamışdı. Ulduz repçi, həmçinin bildirib ki, bir il əvvəl iki tanışı onu meşəyə aparıb, döyüb, videoya çəkib və Osetiyadakı dostlarının yanına göndərib. Bu səbəbdən Matrang Rusiyaya qayıtmağa qorxur. Lakin dünən repçi yaxın vaxtlarda vətənə qayıtmaq niyyətində olduğunu bildirib. Matrangın yaxınları onun yaxşı olmadığına əmindirlər.

 








Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin