Çempionlar Liqası: “Mançester Siti” və “Real Madrid” yarımfinala adladı – Final İstanbulda olacaq

Hazırda oxunan: Çempionlar Liqası: “Mançester Siti” və “Real Madrid” yarımfinala adladı – Final İstanbulda olacaq

17893

Aprelin 14-də futbol üzrə UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinə yekun vurulub.

Bizim.Media xəbər verir ki, son oyun günündə gerçəkləşən iki qarşılaşmadan sonra yarımfinalın bütün iştirakçıları müəyyənləşib.

İngiltərədəki ilk matçda "Mançester Siti"yə 1:2 hesabı ilə uduzan Almaniyanın "Borussiya Dortmund” klubu bu dəfə rəqibi ilə doğma meydanda üz-üzə gəlib.

Görüş Dortmund təmsilçiləri üçün yaxşı başlayıb. Oyunun 15-ci dəqiqəsində meydan sahibləri hesabda önə çıxıb. Jude Bellingham fərqlənib. Hesabı qorumağa çalışan “Borussiya” qoldan sonra müdafiə oturaraq rəqibin qarşılıqlı hücumları ilə üzləşib.

Buna baxmayaraq birinci hissə "Borussiya Dortmund”un minimal hesablı qələbəsi ilə başa çatıb.

Fasilədən sonra hücumlarını kəsərin artıran “Mançester Siti” rəqibin qapısına ardıcıl iki qol vurub. Matçın 50-ci dəqiqəsində Riad Mahrez penaltini dəqiq yerinə yetirib, 75-ci dəqiqədə isə Filip Foden komandasının qələbə topunu vurub.

Beləliklə, hər iki oyunda eyni hesabla qələbə qazanan “Mançester Siti” yarımfinala vəsiqəni təmin edib.

Gecənin digər oyunu İngiltərədə "Liverpul"la İspaniyanın "Real Madrid" klubları arasında baş tutub. Madriddəki ilk qarşılaşmada rəqibini 3:1 hesabı ilə məğlub edən “kral klubu” cavab görüşündə qolsuz heç-heçə edərək qitənin ən nüfuzlu klub turnirinin yarımfinalına adlayıb.

Qeyd edək ki, yarımfinal mərhələsində “Paris Sen-Jermen” - “Çelsi” ilə, “Mançester Siti” isə “Real Madrid” komandası ilə qarşılaşacaq.

Həmin görüşlərin ilk oyunları aprelin 27-28-də, cavab qarşılaşmaları mayın 4-5-də oynanılacaq. Qitənin ən nüfuzlu klub turnirinin final görüşü isə mayın 29-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin