Oturaq həyat tərzi keçirənlərə XƏBƏRDARLIQ – “2030-cu ilə QƏDƏR...”  

Hazırda oxunan: Oturaq həyat tərzi keçirənlərə XƏBƏRDARLIQ – “2030-cu ilə QƏDƏR...”  

178876

Oturaq həyat tərzi sağlamlığın başlıca problemlərindən birinə çevrilib. İş masası arxasında saatlarla zaman keçirmək sağlamlığa ciddi ziyan vursa da, təəssüf ki, bu, çox insanın gündəlik həyat tərzidir. Hazırda insanların böyük əksəriyyəti iş vaxtının çoxunu oturaq vəziyyətdə keçirir.

Hətta işləməyən, evdar insanlar da gününün çox saatını oturaq tərzdə keçirməyə meyillidirlər. 
 

MÖVZU İLƏ BAĞLI:

Yaddaş zəifliyi PROBLEMİ – Unutqanlıq hansı xəstəliyin XƏBƏRÇİSİDİR?


Müşahidələr göstərir ki, bu gün insanlar stuldan, divandan, kreslodan, eləcə də uzanmaq üçün nəzərdə tutulan vasitələrdən gün ərzində o qədər də rahat ayrılmırlar. Naharı və cüzi işləri çıxsaq bir insan fün ərzində ən azı 10 saat oturur. Hansı ki, bu, həyat tərzi orqanizmdə ciddi fəsad və xəstəliklərə yol açır. 

Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı Bizim.Media-ya bildirib ki, oturaq həyat tərzi əslində pis vərdişlərdən biridir:

“İnsan orqanizminə qida vasitəsilə daxil olan kalori ilə hərəkətlə sərf olunan kalori balans təşkil etməlidir. Oturaq həyat tərzi bu balansı pozur, kalori depolaşır. Bu da gələcəkdə artıq çəkiyə, ürək-damar problemlərinə, şəkərli diabetə, xərçəng və digər xəstəliklərə yol açır. 

Oturaq həyat orqanizmi, immun sistemini zəiflədir, əzələ kütləsini piyə çevirir. Nəticədə, müxtəlif xəstəliklərə dözümlülük aşağı düşür. Oturaq həyat tərzinə məcbur qalan məmurlar və digər şəxslər asudə vaxtlarında daha çox hərəkət etməyə çalışmalıdırlar. Beləliklə, pozulan balans tənzimlənə bilər”.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ehtimalına görə, 2030-cu ilə qədər oturaq həyat tərzi səbəbindən xəstələrin sayı 500 milyon arta bilər. ÜST mütəxəssisləri azhərəkətlilikdən insanların kütləvi şəkildə xəstələnməsini proqnozlaşdırır.

Nuranə Daxilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin