Bakı metrosunda monitor niyə qatarın gəlmə vaxtını GÖSTƏRMİR? – Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Bakı metrosunda monitor niyə qatarın gəlmə vaxtını GÖSTƏRMİR? – Rəsmi AÇIQLAMA 

178864

Bakı metrosunda qatarların hərəkət cədvəlini göstərən monitor qatarın neçə dəqiqəyə stansiyaya çatacağını göstərmir. Əvəzində stansiyadan gedən qatarın getdiyi vaxtı göstərir. Ona görə də “Bakı Metropoliteni”ndən istifadə edənlər növbəti qatarın gəlmə vaxtını dəqiq bilmirlər.

Sərnişinə isə gedən qatarın stansiyadan neçə dəqiqə öncə çıxması yox, ona lazım olan, gözlədiyi qatarın nə zaman gələcəyi maraqlıdır.

Bəs bunun göstərilməməsinə səbəb nədir və bu, tənzimlənə bilərmi?
 

MÖVZU İLƏ BAĞLI:

Bakının iki qəsəbəsinə metro xətti ÇƏKİLİR 


Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Bizim.Media-ya deyib ki, bu, sovet dövründə tətbiq olunmuş sistemdir:

“O dövrdə digər şəhərlərdə olan metropolitenlər də bu sistemlə işləyirdi. Bu, əsasən sərnişinlər üçün deyildi, hərəkətin təşkili ilə bağlı xüsusən, maşinistlər üçün olan sistem idi. Hazırda dünyada bununla bağlı bir neçə sistem var. Hətta Bakı metropolitenində də vaxtilə sınaq xarakterli işlər aparılıb, eyni zamanda, bu istiqamətdə hansı planların qurmaq lazım olunduğu və hər bir məsələ öyrənilib”.

Onun sözlərinə görə, Bakı metrosundan istifadə edənlər gündəlik cədvəldən artıq bunu bilirlər:

“Onsuz da hazırda sərnişinlər qatarın yubanmasını və digər halları həmin monitorlardan rahat görürlər, qrafiki bildiklərindən növbəti qatarların nə zaman gələcəklərini də rahatlıqla müəyyən edə bilirlər. 
Uyğun dövrdə bu məsələlərin aktuallaşması mümkündür və gözlənilir. Biz bununla bağlı bütün istiqamətlərdə araşdırmaları aparmışıq. Yəni dünyada istifadə edilən qatarın gəlmə vaxtını göstərən sistemlərin işləmə prinsipləri, ən optimal qaydada işləməsi üçün nələrin lazım olması araşdırılıb. Kifayət qədər böyük maliyyə vəsaiti tələb etdiyindən bu məsələyə uyğun bir dövrdə xüsusilə baxılacaq”.

Günay Şahmar, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin