38 yaşlı qadını öldürən kişi MƏHKƏMƏ QARŞISINDA

Hazırda oxunan: 38 yaşlı qadını öldürən kişi MƏHKƏMƏ QARŞISINDA

178857

Ötən ilin noyabrın 2-də Binəqədi rayonu ərazisində 1986-cı il təvəllüdlü Zülfiyyə Xamoyevanın qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanılmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Binəqədi rayon prokurorluğu yayıb.

İstintaqla 1981-ci il təvəllüdlü Qədir Qasımovun tanışı Zülfiyyə Xamoyevanın yaşadığı mənzilə qanunsuz daxil olub  bıçaqla çoxsaylı xəsarətlər yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Qədir Qasımova Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4 (xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 157.1-ci (mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin