Əhaliyə XƏBƏRDARLIQ – “Bu şəxslər üçün ölüm riski var”

Hazırda oxunan: Əhaliyə XƏBƏRDARLIQ – “Bu şəxslər üçün ölüm riski var”

178824

Fevralın 19-da Azərbaycanda maqnit qasırğası müşahidə olunacaq. Bu gün günortadan etibarən havada zəif maqnit qasırğası müşahidə olunacaq. Qasırğa saat 12:00-dan etibarən aktivləşəcək. Maqnit qasırğası saat 15:00-dək davam edəcək. 15:00-dan etibarən isə səngiyəcək.

Qeyd edək ki, güclü maqnit qasırğası insanların səhhətinə mənfi təsirdən elektronika cihazlarında nasazlığın yaranmasınadək bir sıra problemlərə gətirib çıxara bilir.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan həkim Rasif Bağırov bu gün bəzi insanların səhhətlərinə qarşı çox diqqətli olmalarını vacib hesab edir: 
 

MÖVZU İLƏ BAĞLI:

Bu gün maqnit qasırğası OLACAQ 


“Belə günlərdə müəyyən xroniki xəstəliklər keçirmiş cavan adamlarda baş ağrıları müşahidə olunur. Belə hava əsasən 50 yaşdan yuxarı insanların səhhətinə mənfi təsir göstərir.

Məsələn, qanında müəyyən yağların miqdarı yüksək olan, qanında qatılıq olan, bir sözlə qan təzyiqindən əziyyət çəkən insanlara belə hava pis təsir edir.

Bu da özünü baş ağrıları, halsızlıq kimi simptomlarla göstərə bilər. Belə hava hətta hipertoniyadan ciddi əziyyət çəkən insanların ölümünə belə səbəb ola bilər. Ona görə də bu günlərdə 50 yaşından yuxarı və qan təzyiqindən əziyyət çəkən insanlar bir qədər diqqətli olmalıdırlar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin