Azərbaycanın daha dörd sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Bizim.Media xəbər verir ki, yarışın sonuncu günündə Nurəddin Novruzov (61 kq), Turan Bayramov (74 kq), Arseni Cioyev (86 kq) və Georgi Meşvildişvili (125 kq) üçüncü yeri tutublar.
Daha əvvəl güləşçilərimiz 12 mükafat (5 qızıl, 3 gümüş və 4 bürünc) əldə ediblər.
Yunan-Roma güləşçilərdən Nihat Məmmədli (60 kq), Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) birinci, Rəşad Məmmədov (55 kq), Ülvü Qənizadə (72 kq) ikinci, Beka Kandelaki (130 kq) üçüncü yeri tutub. Qadın güləşçilərdən isə Mariya Stadnik (50 kq) və Alyona Kolesnik (59 kq) qitə çempionu olublar, Elis Manolova (65 kq) bürünc medala yiyələnib. Sərbəst güləşçilərdən Maqomedxan Maqomedov (97 kq) gümüş, İslam Bazarqanovla (57) Əli Rəhimzadə (65 kq) bürünc mükafata sahib çıxıblar.
Bizim.Media
- A-
- A
- A+
İdman
22:24 / 18.02.2024
Daha 4 güləşçimiz Avropa çempionatında medal qazandı - FOTO
Hazırda oxunan: Daha 4 güləşçimiz Avropa çempionatında medal qazandı - FOTO
Hazırda oxunan: Daha 4 güləşçimiz Avropa çempionatında medal qazandı - FOTO
178791
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.