Rusiya Ukraynanı Krımda terror aktı törətməkdə günahlandırır – Təhlükəsizlik Şurasından təcili AÇIQLAMA

Hazırda oxunan: Rusiya Ukraynanı Krımda terror aktı törətməkdə günahlandırır – Təhlükəsizlik Şurasından təcili AÇIQLAMA

17879

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Ukraynanı Krımda təxribat və terror aktı törətmək cəhdində günahlandırıb.

Bizim.Media ria.ru-ya istinadən xəbər verir ki, o, Ukraynanın xüsusi xidmət orqanlarını əsasən infrastruktur və həyatı vacib obyektlərdə təxribat və terror aktları törətməyə çalışdıqlarını bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

NATO-dan Kremlə CAVAB – “Rusiya Ukraynaya diktə edə bilməz”


"Ukraynanın təcavüzkar və terrorist təhdidlərin artması, yarımadada qadağan olunmuş beynəlxalq terror təşkilatlarının, ilk növbədə Hizbut-Təhrir əl-İslami  və Yehovanın Şahidləri kimi yeraltı hücrələri yaratma cəhdləri anti-Rusiya siyasəti ilə əlaqədardır",- deyə Patruşev söyləyib.

O, qeyd edib ki, Ukrayna xüsusi xidmət orqanları və ekstremist təşkilatları daima dövlət sərhədində təxribatlar təşkil edir, Krım ərazisində isə terror aktları həyata keçirməyə cəhd edir.

Təhlükəsizlik Şurasının katibi son 7 ildə Ukraynanın müstəqilliyi illərində yığılan problemlərin həlli üçün yarımadada çox böyük işlər görüldüyünü də deyib.

Onun sözlərinə görə, yarımadanın nəqliyyat, enerji və sosial infrastrukturunun modernləşdirilməsi və inkişafı üçün xeyli vəsait sərf edilib, yeni iş yerləri açılıb, mənzil problemləri sistemli şəkildə həll olunub. Abidələr və mədəni irs sahələri bərpa olunub.

Bundan əlavə, millətlərarası münasibətlərin yaxşılaşdırılması, milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların hüquqlarının təmin edilməsi üçün tədbirlər görülüb. Bundan başqa  Ukrayna, Tatar dillərinə rus dili ilə yanaşı dövlət dili statusu verilib.
 

“Lakin buna baxmayaraq, Ukrayna və onun Qərb havadarları bu işlərə qarşı müxtəlif sanksiyalar tətbiq edir, iqtisadi əlaqələri məhv etməyə çalışırlar. Onlar qəsdən yarımadada yaşayış şərtlərini korlayır, o cümlədən qida, enerji və su blokadaları həyata keçirirlər”,- deyə Patruşev qeyd edib.


Sonda katib siyasi avantüristlərin Krımdakı ictimai-siyasi və sosial-iqtisadi vəziyyəti pozmaq üçün planlar hazırladıqlarını da deyib. Onun sözlərinə görə, sosial şəbəkələrdə davamlı olaraq etiraz aksiyalarına çağırışlar səsləndirilir, revanşist və millətçi fikirlər təbliğ olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin