Netanyahu istefaya göndəriləcək?

Hazırda oxunan: Netanyahu istefaya göndəriləcək?

178777

İsraildə parlament seçkiləri keçirildikdən sonra baş nazir Benyamin Netanyahu vəzifəsini itirəcək.

Bizim.Media “Ren TV”yə istinadən xəbər verir ki, bu barədə hazırkı hökumət başçısının təmsil olunduğu hakim Likud partiyasındakı mənbələr məlumat verib.

Digər partiya nümayəndəsi Netanyahunun istəyindən asılı olmayaraq, müharibə bitdikdən dərhal sonra seçkilərin keçiriləcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, İsraildə növbəti parlament seçkiləri 2026-cı ilin oktyabrında keçirilməlidir. Bununla belə, ölkə ictimaiyyəti baş nazirin dərhal istefasını və növbədənkənar seçkilərin keçirilməsini getdikcə daha çox tələb edir.

Netanyahunun özü isə müharibəni əsas gətirərək erkən səsvermənin keçirilməsi ehtimalını rədd edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin