Şəki-Zaqatala bölgəsində temperatur - 9 dərəcəyə endi

Hazırda oxunan: Şəki-Zaqatala bölgəsində temperatur - 9 dərəcəyə endi

178710

Bu gecə Şəki-Zaqatala bölgəsinin yüksək dağlıq ərazilərində havanın temperaturu mənfi 9 dərəcəyə kimi aşağı enib. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna Şəki Regional Hidrometereologiya Müəssisəsindən məlumat verilib. 

Bölgə rayonlarında ən yüksək soyuq hava isə Qaxın Sarıbaş kəndi ərazisində qeydə alınıb. Burada gecə ərzində havanın temperaturu mənfi 7-9 dərəcə arasında dəyişib. 
Axşam saatlarından başlayaraq bölgənin yüksək dağlıq ərazilərinə, eləcə də Qaxın Sarıbaş, Şəkinin Şin, Baş Kəldək, Oğuzun Baş Daşağıl kəndlərinin dağlarına qar yağıb. Sarıbaşda qarın qalınlığı 15 sm-ə çatır.  

Soyuq və şaxtalı hava şəraiti bölgənin aran ərazilərində də müşahidə edilib. Belə ki, gecə burada hava mənfi 2-3, hazırda isə mənfi 1 dərəcə arasında dəyişir. 

Soyuq və şaxtalı hava şəraiti bölgədən keçən avtomobil yollarında da özünü biruzə verib. Belə ki, bəzi yolların üzərindəki körpülərdə donmalar, buz bağlamalar müşahidə edilir. 
Əvvəlki gündə olduğu kimi yollarda çiskinli-dumanlı hava şəraiti davam edir. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin