Azərbaycanın şimalında “Sərhəd-sipər” əməliyyatı davam edir - FOTO

Hazırda oxunan: Azərbaycanın şimalında “Sərhəd-sipər” əməliyyatı davam edir - FOTO

178593

Ölkənin şimal və şimal-Qərb rayonlarında ənənəvi “Sərhəd-sipər” əməliyyatı davam edir.

Qusar, Quba və Xaçmaz rayonlarının giriş hissələrində, sərhədyanı ərazilərdə qoyulmuş polis postlarında nəqliyyat vasitələri saxlanılır, hər hansı şübhəli şəxs və ya silah olub olmaması  yoxlanılır. Əməliyyatın gedişində də əhalidə olan qanunsuz silah -sursat olduğu halda və könüllü təhvil verəcəyi təqdirdə məsuliyyətdən azad olunacağı barədə tövsiyyələr edilir.

Bizim.Media Xaçmazın Xudat şəhərinin yaxınlığında qoyulmuş polis postunun görüntülərini lentə alıb.

“Sərhəd-sipər” əməliyyatı  Azərbaycan DİN-lə Rusiya DİN arasında qarşılıqlı razılaşma sazişinə əsasən hər il keçirilir. Məqsəd iki ölkə arasında mütəşəkkil  cinayətkarlığa, narkobiznesə, beynəlxalq terrorizmə  və digər  təhlükəli cinayətkarlığa qarşı birgə  mübarizə aparmaqdır.
Builki “Sərhəd-sipər” əməliyyatı fevralın 19-da başa çatacaq.Azərbaycan DİN də əməliyyatın nəticələrini sonda açıqlayacaq.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin