Prezident İlham Əliyevin Hakan Fidanla Münxendə görüşü olub - FOTO/VİDEO

Hazırda oxunan: Prezident İlham Əliyevin Hakan Fidanla Münxendə görüşü olub - FOTO/VİDEO

178539

Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanın görüşü olub.

Bizim.Media xəbər verir ki, Hakan Fidan dövlətimizin başçısını prezident seçkilərində qələbə münasibətilə təbrik edib.

Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirib.

Söhbət zamanı Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə inkişaf etdiyi bir daha vurğulanıb, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik bildirilib.
Görüşdə Azərbaycan-Ermənistan münasibətləri, sülh sazişi ilə bağlı danışıqlar və regional təhlükəsizlik məsələləri müzakirə olunub.
 







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin