Dərdlərə dərman olan camış ətini niyə SEVMİRİK? – Mütəxəssisdən MARAQLI AÇIQLAMA   

Hazırda oxunan: Dərdlərə dərman olan camış ətini niyə SEVMİRİK? – Mütəxəssisdən MARAQLI AÇIQLAMA   

178509

Paytaxtın bəzi satış nöqtələrində alıcılara mal əti adı ilə camış əti satılır. İnsanların mal əti dedikdə ilk ağıllarına dana əti gəlməsindən istifadə edən işbazlar digər heyvanların ətini də bu adla insanlara sataraq onları aldadırlar.

Bəs camış ətini dana ətindən fərqləndirən nədir? 

Ölkəmizdə dana və qoyun əti daha çox yeyilir. Baxmayaraq ki, dünya ölkələrinin bəzisində az yağlılığına görə bu qırmızı ət növündən çox istifadə olunur. Camış ətinin tərkibində zülallar və asan mənimsənilən dəmir komponentləri olduğu üçün dadına görə də dana ətindən fərqlənir. Elə rənginin tünd qəhvəyi-qırmızı olması da tərkibindəki dəmir tərkibli birləşmələrlə izah edilir.

Lakin ölkəmizdə bu ətə maraq daha azdır. Bunu bəzən təbii otlaqlarda otlayan, bataqlıqlarda yatan camışların ətindən gələn özünəməxsus iylə əlaqələndirirlər.

Bəs, ağız dadına o qədər də uyğun olmayan camış ətinin hansısa fəsadı varmı?

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Bizim.Media-ya deyib ki, mal xəstə olduqda hansısa fəsad yarada bilər:

“Yemək üçün istifadə olunan heyvanlar, buna qırmızı əti olan  inək, qoyun, camış daxildir. Coğrafi yerləşməsinə görə fərqli heyvanların ətindən istifadə olunur. Eynilə quş əti, balıq ətindən istifadədə də coğrafi amil öz sözünü deyir. Bəzi restoranlarda camış ətindən istifadənin aşkar olunduğu deyilir. Aşkar olunsa belə bu, birmənalı şəkildə camış ətinin zərərli olması demək deyil. Çünki əgər heyvan yemək üçün bəslənilibsə, təmiz, sağlamdırsa, xəstə heyvan deyilsə, insan orqanizminə heç bir fəsad verə bilməz. Həmçinin, gündəlik istifadədə bu kimi ətlərdən istifadə olunmayıbsa, yediyin zaman həzmi çətin ola bilər. Fəsadları bundan ibarətdir”.

Məhsəti Hüseynovanın sözlərinə görə, yol qıraqlarında satılan bəzi qidaların hazırlanmasında ucuz ətlərdən istifadə olunur:

“Bu gün restoranlarda, ictimai iaşə oyektlərində, eyni zamanda, yol kənarında satılan dönərlər və yaxud da digər ətdən hazırlanan məhsullar var. Ucuz olsun deyə bəzən ənənəvi olmayan ət və eşşək ətindən istifadə olunur. Bu da hər hansı kənd təsərrüfatında istifadə olunan və yaxud südlük saxlanılan heyvanlardır ki yaşlandıqda və xəstə olduqda ucuz qiymətə satılır. Belə olan halda  xəstə heyvan ətindəın insan orqanizminə müəyyən xəstəliklərin keçməsi mümkündür.

Həzm prosesindəki problemlər həssas qrupdan olan insanlarda, xroniki xəstəlikləri olanlar, azyaşlı uşaqlar və yaşlı insanlarda daha tez özünü biruzə verir. Müəyyən allergik reaksiyalara, zəhərlənmələrə, ağırlaşmalara gətirib çıxarır. Ona görə də ət məhsullarını mütləq şəkildə mənşəyi bəlli olan yerdən əldə etmək tövsiyə olunur. Xüsusilə, çəkilmiş ətlərdən istifadə etməmək vacibdir”.

Ümumiyyətlə, camış əti mal ətinin malik olduğu bütün qida parametrlərini özündə cəmləşdirir. Bu ət növü qiymətli zülallar və asan mənimsənilən dəmir komponentləri ilə (transferrin və ferritin) zəngin olduğundan dad-tamına görə mal ətindən bir qədər fərqlənir. Toyuq əti ilə müqayisədə isə camış əti daha zəngin zülal tərkibinə malikdir. Odur ki, el arasında camış ətinə “kasıb insanların zülalı” deyilir.
Biokimyəvi tərkibinə görə camış əti sadə və mürəkkəb zülallar, vitaminlər (A, E, C, B1, B6, B12, PP və b.),  makro- və mikroelementlər (Ca, P, Fe, Na, K, Zn, Mg, Cr, Mn, Cu, S və b.), ekstraktiv maddələr və fermentlərlə zəngindir.

Zəngin kimyəvi tərkibi və qidalılıq dəyərinə görə camış əti insan orqanizmi üçün olduqca faydalıdır.

Tərkibində dəmir (transferrin və ferritin şəklində) və B12 vitamini çox olduğundan qanazlığını aradan qaldırır; hamiləlik dövründə anemiyaların yaranmasının qarşısını almaqla, ana bətnində dölün inkişafına müsbət təsir göstərir;  az yağlı, lakin Omega-3 turşuları ilə zəngin ət növü kimi ürək-damar sisteminin xəstəliklərindən qorunmaq məqsədilə istehlak edilməsi tövsiyə olunur və orqanizmdə zərərli xolesterolun miqdarını azaltmaqla, piylənmənin qarşısını alır.

Günay Şahmar, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin