Gürcüstanın seçkidən sonrakı seçimi: COVİD, yoxsa DEMOKRATİYA

Hazırda oxunan: Gürcüstanın seçkidən sonrakı seçimi: COVİD, yoxsa DEMOKRATİYA

1785

Dünən Gürcüstanda keçirilən parlament seçkilərindən sonra vəziyyət qeyri-müəyyən olaraq qalmaqdadır. 

Hakim “Gürcü arzusu” partiyası öz qələbəsini qeyd edib. Müxalif qüvvələr isə səsvermənin açıqlanmış nəticələri ilə razı olmadıqlarını bildirib. Noyabrın 1-dən etibarən hər gün saat 19-da Parlament binasının qarşısında etiraz aksiyası keçiricəklərini bəyan ediblər. 

Noyabr ayının 8-də isə ümumrespubluka mitinqinin keçiriləcəyi nəzərdə tutulub. Nəticələr dəyişməyəcəyi halda etiraz aksiyalarının müddətsiz olacağını bildiriblər.

Müxalifət eyni zmanda qazanılmış mandatlardan imtina edəcəklərini, parlamentin işinə qatılmayacaqlarını da vurğulayıblar. 

Əgər müxalifət öz mandatlarından imtina etsə, ali qanunverici orqan onlarsız işini başlaya bilərmi? 

Konstitutsiya məsələləri üzrə ekspert Vaxtanq Xamaladze isə bildirib ki, konstitusiyada göstərilməyib ki, bu növbədənkənar seçkilər üçün əsas ola bilər. Düşünürəm ki, bu sadəcə nəzəri problemdir, həm də bu barədə danışmaq hələ tezdir: 

“Çünki mojaritar qaydada keçirilən seçkilərin demək olar ki, hamısında ikinci tur elan edilib. Hələ 30 deputatın taleyi məlum deyil. Ola bilər ki, mojaritarda hansısa cinah daha çox üstünlük qazansın və mübahisə kökündən həll olunsun. Bu ancaq parlamentdə oturanların sayının 100-dən az olduğu halda mümkün ola bilər”.

Xamaladze bildirib ki, parlament yalnız bütün seçki prosedurları, o cümlədən birmandatlı dairələr üzrə ikinci turlar başa çatdıqdan sonra, yəni bir aydan sonra bir yerdə toplana biləcək. Buna isə hələ bir ay vaxt var. 

Gürcüstan müxalifəti isə bu gün bütün Tbilisi boyu "möhtəşəm yürüş" elan edib. 
Ölkədə COVİD-ə yoluxma halı isə rekord rəqəmlərlə müşayiət olunur. Dünən ölənlərin sayı 15- keçib. 

İndi Gürcüstan iki seçim qarşısındadır, YA COVİD, YA DEMOKRATİYA?

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin