“Şəhərdə üç yol zolağl müəyyənləşdirilib: avtobus, velosiped və digər maşınlar üçün zolaqlar. Şəhərin bu darısqallığında onların idarə olunması problem yaradır. Avtobus yolu boş saxlanılır, digər maşınlar zolağa daxil olanda cərimlənirlər. Bu zolaqlar elə tənzimlənməlidir ki, digər maşınlar da o zolaqdan istifadə edə bilsinlər və avtobus gələndə onlara yol versinlər”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında çıxışı zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov səsləndirib.
Deputat Bakı şəhərinin nəqliyyat infrastrukturunda dəyişikliklərlə bağlı təkliflərlə də çıxış edib:
“İndi söhbət gələcəkdə çəkiləcək tramvay xətlərindən gedir. Düşünürəm ki, bir az qabağa baxmaq lazımdır, çünki artıq Çində, BƏƏ-də, Yaponiyada uçan taksilərdən istifadə olunur. Hesab edirəm ki, yeraltı nəqliyyatdan daha çox istifadə edilməlidir”, - deyə deputat əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:16 / 16.02.2024
“Biz tramvaydan danışırıq, Yaponiyada, Çində uçan taksilərdən istifadə edirlər” – Siyavuş Novruzov
Hazırda oxunan: “Biz tramvaydan danışırıq, Yaponiyada, Çində uçan taksilərdən istifadə edirlər” – Siyavuş Novruzov
Hazırda oxunan: “Biz tramvaydan danışırıq, Yaponiyada, Çində uçan taksilərdən istifadə edirlər” – Siyavuş Novruzov
178455
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.