Dünyanın danışdığı iddia: Rusiya “qiyamət silahı”nı kosmosa göndərəcək? 

Hazırda oxunan: Dünyanın danışdığı iddia: Rusiya “qiyamət silahı”nı kosmosa göndərəcək? 

178435

ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Mayk Turner Co Baydendən “milli təhlükəsizliyə təhdid” kimi xarakterizə etdiyi sənədləri Konqreslə bölüşməsini istəyib.

Bizim.Media xəbər verir ki, bu Barədə CNN nəşri məlumat yayıb. 

Məlumatda Turnerin qeyd etdiyi təhlükəsizlik təhdidinin Rusiyanın kosmosa göndərmək istədiyi anti-peyk silahı ilə bağlı olduğu iddia edilib. Əlavə olunub ki, Rusiya digər ölkələrin peyklərini vura biləcək texnologiya üzərində işləyir. 
Kremlin sözçüsü Dmitri Peskov bu iddiaların “yalan” olduğunu bildirib.

Bundan əlavə, “Dailymail” nəşri Putinin yeni planının təkcə ABŞ və Avropanı deyil, Rusiyanın müttəfiqləri Çin və Hindistanı da hədəf aldığını yazıb. “Qiyamət silahı”nın bütün rabitə şəbəkələrini, hərbi müdafiə sensorlarını sıradan çıxaracağı və Yer kürəsində müasir həyatı demək olar ki, qeyri-mümkün vəziyyətə gətirəcəyi vurğulanıb. 

Məhərrəm Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin