“Ermənistan ordusuna dəstək Azərbaycana təzyiq formasıdır... Rusiyanın məqsədi ayrıdır” - ŞƏRH 

Hazırda oxunan: “Ermənistan ordusuna dəstək Azərbaycana təzyiq formasıdır... Rusiyanın məqsədi ayrıdır” - ŞƏRH 

17840

“Zaman-zaman Rusiya Ermənistan ordusunu gücləndirməyə çalışıb.  Birincisi, Ermənistanın iqtisadi resursları yoxdur, ikincisi orada insan resursları Azərbaycanla müqayisədə 5 dəfə azdır. Burada məqsəd aydındır. Moskva çalışır ki, Ermənistanı Qafqazın qaniçəni kimi saxlasın. Onlar Ermənistan ordusunu nə qədər gücləndirməyə çalışsalar da, bu, çətin məsələdir.

Ermənistana verilən hərbi texnologiyanın özü belə, Azərbaycanın əldə etdiyi texnologiya ilə müqayisə oluna bilməz.

Buna rəğmən Ermənistandan əvvəlki statusda istifadə etməyə çalışacaqlar. Rusiya tərəfindən Ermənistan ordusunun modernləşdirilməsi həm də Azərbaycana təzyiq göstərməkdən ibarətdir”.

Söylədiklərinin davamı olaraq Cümşüd Nuriyev Bizim.Media-ya açıqlamasında bildirdi ki, Rusiyanın Ermənistan ordusunu müasirləşdirməsi həm də Moskvadan Bakıya bir mesajdır:
 

MÖVZU İLƏ BAĞLI:

“Bakı Moskvaya inanmır” – “İsgəndər-M Şuşanı yer üzündən silmək üçün atılıb” – Qabil Hüseynli BUCAĞI


“Rusiyanın burada məqsədi ayrıdır. Kreml Qarabağda möhkəmlənmək istəyir. Daha doğrusu, Moskva Qarabağda qalmaq istəyir. Onlar Azərbaycan torpaqlarında hərbi bazalarının yerləşdirilməsini arzulayırlar. Rəsmi Bakı isə buna, əvvəla razılıq verməyəcək. İkincisi, bu mümkünsüzdür. Çünki Azərbaycan qanunvericiliyinə görə, Azərbaycan ərazisində hər hansı bir dövlətin hərbi bazası ola bilməz.

Biz qardaş Türkiyə ilə hərbi doktrinanı (konsepsiya, sistem) dəyişməmişik. Bu isə o deməkdir ki, Moskva nə qədər istəsə də Azərbaycana təsir edə bilməyəcək.

Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Rusiya ordusunun da, dəqiq desək, sülhməramlı adı ilə onların Xankəndində olması hələ o demək deyil ki, Rusiya Qarabağa köklü olaraq yerləşib. Onlar Qarabağda yerləşə bilməyəcəklər, çünki bu addıma qanun icazə vermir.

Həm də üçtərəfli razılaşma bəyanat səviyyəsindədir. Həmin sənədlər yüksək səviyyədə razılaşma deyil”.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin