Niger hərbi rejiminin başçısı Fransadan müstəmləkə talanına görə təzminat TƏLƏB EDİB

Hazırda oxunan: Niger hərbi rejiminin başçısı Fransadan müstəmləkə talanına görə təzminat TƏLƏB EDİB

178378

General Abdurrahman Tçiani Qərbi Afrika ölkəsinin təbii sərvətlərinin bir əsrdən artıq müstəmləkə və neokolonial yolla talan edilməsinə görə Fransadan təzminat tələb edib.

Bizim.Media xəbər verir ki, bu barədə general RTN dövlət televiziyasına müsahibəsində bildirib.

“Fransa müstəmləkə və neokolonial rejim dövründə yüz ildən artıqdır ki, bizim sərvətlərimizi nəzarətsiz şəkildə talayıb. Bunun əvəzini bizə tam ödəməlidir. 

Biz öz suverenliyimizi tam bərpa etmək niyyətindəyik və bunun üçün Afrikanın ən yaxın tarixi ilə bağlı bütün arxiv məlumatlarını nəzərdən keçirib öyrənəcəyik", - deyə Tçianl bildirib.

Bizim.Media
 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin