Fransa neokolonializminə TARİXİ ZƏRBƏ – “Haqlı mübarizəmizə davam edəcəyik”

Hazırda oxunan: Fransa neokolonializminə TARİXİ ZƏRBƏ – “Haqlı mübarizəmizə davam edəcəyik”

178306

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimində islamofobiya və neokolonializm kimi bəşəri dəyərlərə zidd amilləri də tənqid edərək, ölkəmizin onlara qarşı mübarizədə ön sıralarda  olacağını bildirib: 

“Dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq. Neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq”.

Neokolonializmi və o eybəcər tarixdən qalan amili tamamilə Yer üzündən silmək üçün öz dəstəyimizi göstərdiyimizi və göstərəcəyimizi bildirən dövlət başçısı vurğulayıb: 

“Bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar əminəm ki, peşman olacaqlar”.

Prezidentin bu açıqlamasını neokolonializmin başında duran Fransaya mesaj kimi dəyərləndirmək olar.

Məhz başqa yerdə insan haqlarından dəm vuran Fransa özünə gələndə hər addımbaşı vətəndaşlarının haqlarını tapdalayır, digər xalqlara qarşı neokolonializm siyasəti yürütməkdə davam edir. Buna misal olaraq, Parisin Korsika və Yeni Kaledoniya xalqlarına qarşı yürütdüyü neokolonializm siyasətini göstərmək olar.  

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirir ki, Azərbaycan Prezidentinin sözügedən açıqlaması Azərbaycana qarşı neokolonializm siyasəti yürütməyə çalışan bütün qüvvələrə verilən bir mesajdır: 

“Prezidentin bu açıqlaması yalnız neokolonializm siyasəti yürüdən Fransaya yönəlik mesaj deyil. Bu bütövlükdə Azərbaycana qarşı neokolonializm siyasəti yürütməyə çalışan bütün qüvvələrə verilən bir mesaj idi. Bu məsələdə Azərbaycan müstəqil və öz gücünə güvənən, inanan dövlət olduğunu ortaya qoymuş oldu. 

Çünki bu ölkəmiz üçün çox önəmlidir.

Azərbaycan Prezidenti də dəfələrlə bu istiqamətdə ölkəmizin kimsədən çəkinməyəcəyi və haqlı davasını bütün platformalarda davam etdirəcəyini vurğulayıb. İslamofobiya və neokolonializm siyasəti Azərbaycanın maraqlarına toxunduğuna görə, bu sahədə hansısa bir boşluğu diqqətsiz buraxmamalıyıq. Daha fəal təşəbbüskar və daha sərt formada öz haqlarımızı qoruyacaq addımları atmağa davam etməliyik”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin