ABŞ-ın Hyuston şəhərində yerləşən “Intuitive Machines” aerokosmik şirkəti tərəfindən inşa edilən Aya eniş aparatı yarım əsrdən çox davam edən fasilədən sonra Yerin təbii peykinin səthinə ilk enişi həyata keçirmək missiyası ilə bu gün səhər saatlarında Floridadan kosmik fəzaya buraxılıb.
Bizim.Media “Reuters” agentliyinə istinadla xəbər verir ki, şirkətin “Odysseus” adlı “Nova-C” eniş aparatı İlon Maskın “SpaceX” kompaniyası tərəfindən NASA-nın Kanaveral burnundaki Kennedi Kosmik Mərkəzindən start götürüb.
NASA-nın canlı yayımladığı reportajda 25 mərtəbəli raketin buraxılış meydançasından Floridanın Atlantik sahilləri üzərində qaranlıq səmaya doğru uzandığı göstərilib.
Daha əvvələ, çərşənbə günü səhərə təyin edilmiş buraxılış eniş aparatının hərəkət sistemində istifadə edilən maye metanda qeyri-müntəzəm temperaturun aşkarlanması səbəbindən 24 saat təxirə salınmışdı. “SpaceX” problemin sonradan həll olunduğunu bildirib.
IM-1 missiyası NASA-nın bu onilliyin sonunda astronavtların Aya qayıtmasını planlaşdırdığı vaxtdan əvvəl Yerin təbii peykində atmosfer haqqında məlumat toplamaq üçün nəzərdə tutulmuş 6 faydalı yük daşıyır.
Buraxılış başqa bir özəl firma olan “Astrobotic Technology”nin Aya eniş aparatının “United Launch Alliance” kompaniyasının (ULA) “Vulkan” raketi tərəfindən yanvarın 8-də orbitə yerləşdirildikdən qısa müddət sonra nasazlıqla üzləşməsindən bir ay sonra baş verib. Bu, ABŞ, İsrail və Yaponiya şirkətlərinin Ay missiyasının üçüncü uğursuzluğu idi.
“Intuitive Machines” şirkətinin dördayaqlı və altıbucaqlı silindrli “Nova-C” aparatı fevralın 22-də Ayın cənub qütbünün yaxınlığındakı “Malapert A” kraterinə enmək üçün təxminən bir həftəlik uçuş həyata keçirəcək. Missiya müvəffəqiyyətli olarsa, bu, 1972-ci ildə “Apollon”un ekipajlı Ay missiyasından sonra ABŞ kosmik gəmisi tərəfindən Ayın səthinə ilk idarə olunan eniş olacaq.
Bu missiya, həmçinin NASA-nın “Artemida” proqramı çərçivəsində Ayın səthinə ilk səyahəti asanlaşdıracaq, eyni zamanda, Marsın tədqiqi üzrə missiyaların xərclərini də azaldacaq.
Bizim.Media
- A-
- A
- A+
Dünya
12:01 / 15.02.2024
ABŞ 50 ildən sonra Ayın səthinə ilk kosmik aparat göndərdi
Hazırda oxunan: ABŞ 50 ildən sonra Ayın səthinə ilk kosmik aparat göndərdi
Hazırda oxunan: ABŞ 50 ildən sonra Ayın səthinə ilk kosmik aparat göndərdi
178268
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.