“Rusiya istənilən ABŞ Prezidenti ilə işləməyə hazırdır, lakin daha yaxşı olar ki, bu, Co Bayden olsun”.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinin müsahibəsində deyib.
Jurnalistin “Rusiya üçün ABŞ prezidenti kimi kim daha yaxşıdır? Co Bayden yoxsa Donald Tramp?” sualına Putin belə cavab verib:
“Bayden daha təcrübəli, proqnozlaşdırıla bilən insandır, köhnə formasiyanın siyasətçisidir. Ancaq biz Amerika xalqının güvəndiyi istənilən ABŞ lideri ilə işləyəcəyik”, - o bildirib.
Bizim.Media