ABŞ Tayvanla 30 ilin ən böyük silah və hərbi texnika tədarükü ilə bağlı saziş İMZALADI

Hazırda oxunan: ABŞ Tayvanla 30 ilin ən böyük silah və hərbi texnika tədarükü ilə bağlı saziş İMZALADI

178222

ABŞ son aylarda Tayvana son 30 ilin ən böyük silah və hərbi texnika tədarükü ilə bağlı sazişləri təsdiqləyib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Cenkins məlumat verib.

“Tayvan boğazında sülhü və sabitliyi qorumaq məqsədilə son 30 ilin ən böyük silah tədarükü ilə bağlı sazişi təsdiqləyərək, Tayvanın özünümüdafiə imkanlarını gücləndirmək üçün onlarla sıx əməkdaşlıq edirik”, - B.Cenkins bəyan edib.
Qeyd edək ki, ABŞ 1979-cu ildə Tayvanla diplomatik əlaqələri kəsib və Çin Xalq Respublikası ilə əlaqələr qurub.

Vaşinqton “vahid Çin” siyasətini tanıdığını rəsmən elan etsə də, eyni zamanda Taypey administrasiyası ilə əlaqələri davam etdirir. ABŞ Tayvanın əsas silah tədarükçüsüdür. Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, bir neçə il ərzində adaya Amerika hərbi tədarükünün ümumi həcmi 70 milyard dolları ötüb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin