İcma: Avropa İttifaqının bəyanatı düşmənçilik mahiyyəti daşıyır

Hazırda oxunan: İcma: Avropa İttifaqının bəyanatı düşmənçilik mahiyyəti daşıyır

178165

Avropa İttifaqı (Aİ) növbəti dəfə anti-Azərbaycan qərəzindən çıxış edərək, Azərbaycanda keçirilmiş tarixi prezident seçkiləri ilə bağlı 2024-cü il fevralın 14-də Strasburqda böhtan xarakterli bəyanat verib.

Qərbi Azərbaycan İcmasından Bizim.Media-ya bildirilib ki, Aİ-nin bəyanatı düşmənçilik mahiyyəti daşıyır və Azərbaycan xalqının sərbəst şəkildə ifadə etdiyi iradəsinə hörmətsizlikdir.

“Avropa Şurası Parlament Assambleyasının seçkiləri müşahidə üçün dəvət edilməməsindən qəmgin olmuş Aİ-nin diqqətinə çatdırmaq istərdik ki, seçkiləri müşahidə üçün xaricdən kimi dəvət etməyi müəyyənləşdirmək Azərbaycanın suveren hüququdur.
Avropa İttifaqı Azərbaycanofob, səlibçi yanaşmasından, Azərbaycanın daxili işlərinə qarışmaq və ona qara yaxmaq kimi zərərli vərdişlərindən əl çəkməlidir”, - deyə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin