Xəbər verdiyimiz kimi, ötən gün Xətai rayonunda qandonduran ailə faciəsi yaşanıb. 25 yaşlı Əhməd Əhmədov atasını, anasını, 9 yaşlı qardaşını, bacısını və onun 5 yaşlı övladını xüsusi amansızlıqla qətlə yetirib. Qətli törədənin 10 il əvvəl də bir nəfəri bıçaqladığı ilə bağlı iddialar var.
Bizim.Media xəbər verir ki, sözügedən iddialarla bağlı məsələyə Space televiziyasında aparıcı Amil Xəlilinin təqdimatında yayımlanan “Gəl danış” verilişində aydınlıq gətirilib.
Canlı yayıma qatılan Aynur Cəfərova Əhməd Əhmədovun oğlu Ramin Cəfərova 10 il əvvəl18 bıçaq zərbəsi endirdiyini və onu xəstəxanalıq etdiyini iddia edib. İdmançı oğlunun hazırda da yarımcan olduğunu deyən ana, övladının qanının yerdə qalmadığına sevindiyini də gizlətməyib:
“Əhməd çox xain və özbaşına uşaq idi. İstəyirdi ki, hər şey onun olsun. Ətrafındakıların uğurunu gözü götürmürdü. Deyirlər ki, psixoloji problemləri, filan var. “Xəzər”də kiçik bir komamız vardı. Tez-tez evimə gəlirdi. Oğlum Raminlə idmana bir gedirdilər. Raminin qızıl medalları vardı. O, isə oğlumun uğurlarını həzm etmirdi, paxıllığını çəkirdi. Elə o səbəbdən də bıçaqlamışdı”, - deyə ana qeyd edib.
Qeyd edək ki, Baş Prokurorluqdan saytımza bildirilib ki, Əhməd Əhmədovun 10 il əvvəl törətdiyi iddia olunan cinayət işi ötən gün baş verən qətl olayının istintaq gedişində araşdırılacaq.
Ətraflı videoda:

- A-
- A
- A+
Cəmiyyət
16:42 / 14.02.2024
Əhmədin 15 yaşında bıçaqladığı idmançının anası DANIŞDI – VİDEO
Hazırda oxunan: Əhmədin 15 yaşında bıçaqladığı idmançının anası DANIŞDI – VİDEO
Hazırda oxunan: Əhmədin 15 yaşında bıçaqladığı idmançının anası DANIŞDI – VİDEO
178133
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.