“Ermənistan Müdafiə Nazirliyində kadr dəyişiklikləri davam edəcək. 2022-ci ilin iyulunda Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyin olunan general-leytenant Edvard Asryan da yaxın vaxtlarda vəzifəsindən azad ediləcək”.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.
“Məlum olub ki, müdafiə naziri Suren Papikyan öz zövqünə uyğun olaraq hərbi elitanı formalaşdırır. Bu baxımdan onun Baş Qərargahın gələcək rəhbəri postuna öz namizədi var. Bu, Papikyanın ən yaxın adamlarından biridir və bugünkü təyinata qədər Müdafiə Nazirliyinin Sarkisyan adına Hərbi Universitetinin rəisi vəzifəsində çalışır.
Bununla belə, Müdafiə Nazirliyindən bildiriblər ki, Artur Eroyan təcrübəli hərbçidir. Əlavə edirlər ki, onun Baş Qərargah rəisi təyin olunmasına hələ çox var.
Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan Müdafiə Nazirliyində bir neçə məmurun işdən çıxarılmaları ilə bağlı yazmışdıq. Əldə etdiyimiz məlumata görə, iqtidar rusiyayönlü məmurları təmizləmək prosesinə başlayıb və öz istəyinə uyğun hərbi elita formalaşdırmaq qərarına gəlib", deyə nəşr qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Region
15:48 / 14.02.2024
Ermənistan Müdafiə Nazirliyində rusiyapərəst məmurlar işdən çıxarılır - “Hraparak”
Hazırda oxunan: Ermənistan Müdafiə Nazirliyində rusiyapərəst məmurlar işdən çıxarılır - “Hraparak”
Hazırda oxunan: Ermənistan Müdafiə Nazirliyində rusiyapərəst məmurlar işdən çıxarılır - “Hraparak”
178120
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.