Xəbər verdiyimiz kimi, ötən gün Bakıda 5 nəfər ailə üzvünün qətlində şübhəli bilinən Əhməd Əhmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bizim.Media xəbər verir ki, qərar Xətai Rayon Məhkəməsində çıxarılıb.
Qeyd edək ki, fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələrilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Əhməd Əhmədovun həbs olunması ilə bağlı "report.az"ın yaydığı görüntüləri təqdim edirik:
- A-
- A
- A+
Cəmiyyət
15:18 / 14.02.2024
5 ailə üzvünü qətlə yetirən Əhməd belə həbs olundu – ANBAAN VİDEO
Hazırda oxunan: 5 ailə üzvünü qətlə yetirən Əhməd belə həbs olundu – ANBAAN VİDEO
Hazırda oxunan: 5 ailə üzvünü qətlə yetirən Əhməd belə həbs olundu – ANBAAN VİDEO
178116
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.