KTMT Ermənistanla Azərbaycanı təcili sülh müqaviləsi bağlamağa ÇAĞIRDI

Hazırda oxunan: KTMT Ermənistanla Azərbaycanı təcili sülh müqaviləsi bağlamağa ÇAĞIRDI

178083

Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan-Azərbaycan sərhədində yüksək münaqişə potensialını görür, vəziyyəti normallaşdırmaq üçün sülh müqaviləsi tələb olunur.

Bizim.Media xəbər verir ki, bunu brifinqdə KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukov deyib.

“Ayrı-ayrı dövlətlər tərəfindən Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək, Xəzər dənizinin ehtiyatlarına çıxış əldə etmək və Mərkəzi Asiyaya birbaşa çıxışı təmin etmək cəhdləri var” – deyə Serdyukov bildirib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədindən fəal şəkildə istifadə olunur, sülh sazişinin bağlanması vəziyyətin gələcək nizamlanmasında mühüm olaraq qalacaq.

Serdyukovun sözlərinə görə, Ermənistanın KTMT-yə üzv olmasına baxmayaraq, Qərb Bakı ilə İrəvan arasında münaqişədən sonrakı nizamlanmaya təsir göstərməyə çalışır.

“Ermənistanın təşkilata üzv olmasına baxmayaraq, kənardan gələn cəhdlər münaqişədən sonrakı nizamlanmanın formatına təsir etməkdə davam edir”, - o qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin