Sumqayıt şəhər sakini, 1976-cı il təvəllüdlü Rüfət Abdullayevin üzərində xəsarət izləri olan meyiti Bakı-Quba magistral yolunun kənarında aşkarlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Sumqayıt şəhər prokurorluğunun məlumatında deyilir.
MÖVZU İLƏ BAĞLI:
Sumqayıtda 48 yaşlı şəxs öldürülüb, saxlanılan var
Məlumata görə, aparılan araşdırma zamanı Rüfət Abdullayevin aralarında yaranmış mübahisə zamanı 1993-cü il təvəllüdlü Habil Qonşəliyev tərəfindən yumruq və təpiklə yetirilmiş xəsarətlər nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanıb, Habil Qonşəliyev iş üzrə prokurorluğun qərarı ilə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.
Bizim.Media