Kreml Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırdı

Hazırda oxunan: Kreml Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırdı

177937

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan və Azərbaycan hərbçiləri arasında iki ölkə sərhədində baş verən toqquşmaları “narahatedici xəbər” adlandırıb və hər iki tərəfi təmkinli olmağa çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Rusiya mətbuatında yer alıb.

Peskov əlavə edib ki, bu cür hadisələr Bakı ilə İrəvan arasında sülh müqaviləsini imzalamaq üçün keçirilən danışıqlar prosesini ləngidir.

Eyni zamanda, Rusiya prezidentinin mətbuat katibi sülh müqaviləsinin imzalanması üçün danışıqlar prosesinin davam edəcəyinə ümid etdiyini bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin