Paşinyan təkcə Ermənistan üçün deyil, qonşuları üçün də təhlükəlidir - Erməni politoloq

Hazırda oxunan: Paşinyan təkcə Ermənistan üçün deyil, qonşuları üçün də təhlükəlidir - Erməni politoloq

177932

“Paşinyanın siyasi davranışı təkcə Ermənistan üçün deyil, həm də region və digər ölkələr üçün təhlükəsizlik problemi yaradır. Xüsusilə təhlükəsizlik sahəsində qonşularla münasibətdə atdığı addım Ermənistan rəhbərinin irəli sürdüyü aydın prinsiplərin olmaması ilə bağlıdır. Xarici siyasət tərəfdaşları Paşinyana qulaq assalar da, onu öz ölkələrinin təhlükəsizliyinə potensial təhlükə kimi görürlər”.

Bizim.Media xəbər verir ki, bunu İrəvan Dövlət Universitetinin Avropa Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Vladimir Martirosyan Ermənistan mətbuatına müsahibəsi zamanı deyib.

“Başqa sözlə, İran və Rusiya üçün təhlükəsizlik və logistika tərəfdaşı kimi görünən Ermənistan Paşinyan tərəfindən hakimiyyəti əldə saxlamaq üçün siyasi manevrlərə məruz qala bilər. Bu da regional maraqların tarazlaşdırılması baxımından Rusiya və İran üçün çətin vəziyyət yaradacaq.

Düşünürəm ki, prezident seçkilərindən sonra Rusiya öz xarici siyasətinin vektorunu müəyyən edəcək. Ermənistanla açıq şəkildə, qeyd-şərtsiz danışmağa başlayacaq. Xüsusilə Rusiya siyasətinin mentalitetinə az-çox bələd olduğum üçün deyə bilərəm ki, ruslar onlar üçün çətin vəziyyətlərdə özlərini tərəfdaş kimi aparmayanları heç vaxt unutmurlar. Təəssüf ki, Ermənistanın son iki ildəki xarici siyasəti bunu təsdiq edir. Bu müddət ərzində Rusiya çox qətiyyətli addımlar atmayacaq, Paşinyan qəti addımları atana qədər gözləyəcək. Yəni Paşinyan bəyan edəcək ki, biz Rusiya ilə təhlükəsizlik formatlarından çıxmaq, AİB ilə (Avrasiya İqtisadi Birliyi) münasibətləri dondurmaq, xarici siyasət vektorunu dəyişmək istəyirik”, - deyə politoloq bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin