“Ermənistan heç vaxt Rusiya ilə əməkdaşlıqdan, xüsusən də təhlükəsizlik sahəsində əməkdaşlıqdan imtina etdiyini deməyib”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Paşinyan “The Telegraph” qəzetinə müsahibəsində bildirib.
“Biz bu sahədə əlaqələrimizin şaxələndirilməsindən danışdıq. Amma bu o demək deyil ki, İrəvan bu sahədə Rusiya ilə münasibətləri kəsir.
Bu, o deməkdir ki, biz Avropa İttifaqı, Fransa, ABŞ, İran, Hindistan və digər ölkələrlə əlaqələr qururuq. Və bu, artıq bu günün reallığıdır”, - deyə Paşinyan qeyd edib.
Qeyd edək ki, Paşinyan fevralın 1-də Ermənistanın İctimai Radiosuna müsahibəsində bildirmişdi ki, ölkəsi ilə Rusiya Federasiyası arasında hərbi-texniki əməkdaşlıq sual altındadır və artıq ölkənin əsas hədəfi Hindistan, İran, ABŞ və Fransa ilə hərbi əməkdaşlığı genişləndirməkdir.
Bizim.Media
- A-
- A
- A+
Region
18:26 / 12.02.2024
Paşinyan dediklərini DANIR: “Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlıqdan imtina etmirik”
Hazırda oxunan: Paşinyan dediklərini DANIR: “Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlıqdan imtina etmirik”
Hazırda oxunan: Paşinyan dediklərini DANIR: “Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlıqdan imtina etmirik”
177822
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.