Repçinin ayaqqabısı 1 milyon dollara satılacaq - FOTO

Hazırda oxunan: Repçinin ayaqqabısı 1 milyon dollara satılacaq - FOTO

17778

Londonda yerləşən "Sotheby's" hərrac evi repçi Kanye Uestin ayaqqabı brendinə məxsus ilk nümunəsini bazar ertəsi hərraca çıxaracaq.

Bizim.Media xəbər verir ki, sözügedən idman ayaqqabısı Uest və Mark Smit tərəfindən "Nike" üçün hazırlanmışdı. Bu modeli repçi 2008-ci ildə Qremmi mükafatlarının təqdimat mərasimində səhnədə çıxış edərkən geyinmişdi.

Mütəxəssislərin fikrincə, ayaqqabı 1 milyon dollardan (təxminən 1 milyon 700 min manat) baha qiymətə satıla bilər.

Qeyd edək ki, həmin ayaqqabı repçinin Qremmidəki çıxışından sonra xeyriyyə hərracında Nyu-Yorkda yaşayan kolleksiyaçı Rayan Çanqa satılmışdı.(axsam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin