Xəbər verdiyimiz kimi, Mingəçevir sakini odlu silahdan açılan atəşlə öldürülüb. Baş verən qətlin təfərrüatı məlum olub.
Bizim.Media xəbər verir ki, hadisə şəhərin Günəşli yaşayış massivində qeydə alınıb.
Mərhumun qohumunun sözlərinə görə, hadisə zarafat üstündə baş verib.
“Cinayəti törədən öz dostudur, İçində güllə olduğunu bilməyiblər”.
Qeyd edək ki, ötən gün saat 22 radələrində şəhər sakini, 1983-cü il təvəllüdlü Aqil Əhmədovun tir tüfəngindən açılan atəş nəticəsində ölməsi barədə polisə məlumat daxil olub. A.Əhmədova tir tüfəngindən atəş açmaqda şübhəli bilinən Sadiq Yusifov saxlanılıb.
Ətraflı Baku TV-nin süjetində:
Bizim.Media