ABŞ-da siyasi gərginlik ARTIR

Hazırda oxunan: ABŞ-da siyasi gərginlik ARTIR

177545

ABŞ-da baş tutacaq prezident seçkiləri ərəfəsində siyasi gərginlik getdikcə artmaqdadır.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, demokratlar və Ağ Ev xüsusi prokuror Robert Hurun Co Baydenin psixi vəziyyətini şübhə altına alan hesabatına etiraz etməyə başlayıblar. 

Hətta bu hesabata qarşı aqressiv kampaniya başlayıb və bu da respublikaçıların ABŞ prezidentinə qarşı bir sıra hücumlarına səbəb olub. 
Qeyd edək ki, xüsusi müşavir iki gün əvvəl C.Baydenin məxfi sənədlərlə işləməsi ilə bağlı hesabat yayıb və onun bu işdə mühakimə olunmayacağını bildirib. 

O, eyni zamanda Baydeni yaşlı və yaddaşı zəifləmiş bir prezident kimi xarakterizə edib. Ağ Evin sözçüsü İam Sams isə xüsusi prokurorun bu sözü ilə razı olmadığını diqqətə çatdırıb.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin