Üç rayonda sosial xidmət müəssisələri YARADILACAQ – RƏSMİ

Hazırda oxunan: Üç rayonda sosial xidmət müəssisələri YARADILACAQ – RƏSMİ

177520

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən bu il Bakının Sabunçu, Suraxanı və Qaradağ rayonlarında yeni sosial xidmət müəssisələrinin açılması nəzərdə tutulur.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb. 

Belə ki, həmin müəssisələrdə həssas əhali qruplarından olan, xüsusi qayğıya ehtiyac duyan şəxslərə sosial-tibbi, sosial-hüquqi, sosial-psixoloji və digər xidmətlər göstəriləcək.

Məqsəd sosial xidmət infrastrukturunun genişləndirilməsi, həssas qrupların sosial xidmətlərə əlçatanlığının artırılmasıdır.
Sosial Xidmətlər Agentliyi tərəfindən həmin kateqoriyadan olan şəxslərin ailə mühitində yaşamasının təmin edilməsi məqsədilə müəssisələrdə müvafiq sosial-reabilitasiya və reinteqrasiya işləri də davam etdirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin