“Ukraynanın NATO-ya üzvlüyü barədə yalnız 30 ittifaq üzvü və Kiyev qərar verə bilər. Başqasının bu prosesə müdaxilə etmək hüququ yoxdur".
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə birgə mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, suveren bir dövlətin ittifaqa üzv olmaq üçün müraciət etmək hüququ var:
MÖVZU İLƏ BAĞLI:
Kreml əsl simasını açdı – Türkiyəyə təyyarə reysləri Ukraynaya görə bağlanıb
“Böyük güclər başqalarına nə edəcəyini diktə edə bilməzlər. Rusiyaya gəlincə, bu ölkə təhlükəsizlik sahəsində digər dövlətlərə qərar verə bilməz. Bu, NATO üzvlüyünə də aiddir".
Qeyd edək ki, Ukrayna lideri Vladimir Zelenski NATO-ya qoşulmağı Ukraynanın Donbasdakı silahlı qarşıdurmaya son qoymağın yeganə yolu kimi görür.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə Ukraynanın NATO üzvlüyünün nəinki o ölkəyə sülh gətirməyəcəyini, əksinə, cənub-şərqdə vəziyyətin geniş miqyasda gərginləşməsinə gətirib çıxaracağını bildirib. Həmçinin, Ukrayna dövlətçiliyi üçün geri dönməz nəticələrə səbəb ola biləcəyini qeyd edib.
Alçina Amilqızı, Bizim.Media