Cari tədris ilinin payız semestrində təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.
Təhsil Tələbə Krediti Fondundan Bizim.Media-ya bildirilib ki, payız sessiyası ərzində 10 min 867 tələbə kredit almaq üçün müraciət edib.
Onlardan 134 nəfərin müraciəti natamam olub, 66 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 1906 nəfərin müraciətinə imtina cavabı verilib, 26 nəfərin müraciəti isə banka yönləndirilib.
Payız sessiyası üzrə 8 min 735 nəfərə TTK verilib. Onların arasından 2 min 953 nəfərin müraciəti sosial TTK, 5 min 782 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
04:53 / 10.02.2024
Payız semestrində 8 735 tələbə təhsil krediti alıb
Hazırda oxunan: Payız semestrində 8 735 tələbə təhsil krediti alıb
Hazırda oxunan: Payız semestrində 8 735 tələbə təhsil krediti alıb
177484
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.