Xəbər verdiyimiz kimi Ukraynada Silahlı Qüvvələrin baş komandanının dəyişilməsinə qarşı etiraz aksiyaları başlayıb. Kiyevin Müstəqillik Meydanına toplaşan yüzlərlə etirazçı Valeri Zalujnının Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı postuna qaytarılması tələb edirlər.
Bizim.Media Ukrayna KİV-ə istinadən xəbər verir ki, artıq Meydana polis əməkdaşları və məhbus daşıma avtomobilləri cəlb olunub.
Bildirilib ki, hələlik aksiya iştirakçıları arasından saxlanılan yoxdur.
Bizim.Media