“Dostluq” kinoteatrı daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilə bilər

Hazırda oxunan: “Dostluq” kinoteatrı daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilə bilər

177454

“Dostluq” kinoteatrının sökülməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndələri aidiyyəti qurumların əməkdaşları ilə birgə tikiliyə baxış keçiriblər.

Dövlət Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, binanın qorunması, qəzalı vəziyyətə düşmüş memarlıq elementlərinin bərpası, eləcə də binada möhkəmləndirmə işlərinin aparılması planlaşdırılıb.

“Azadlıq prospekti 76 ünvanında yerləşən “Dostluq” kinoteatrının binası dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil deyil. Kinoteatrın binası xüsusi mülkiyyətdədir”, - deyə Dövlət Xidmətindən bildirilib.
Məlumatda o da vurğulanıb ki, 1952-ci ildə inşa olunan tikilinin tarixi əhəmiyyəti nəzərə alınaraq daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilməsi ilə bağlı təkliflərə baxılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin