Zaxarova ATƏT-in Azərbaycandakı seçki hesabatını TƏNQİD ETDİ: “Anlayışları yoxdur” – VİDEO  

Hazırda oxunan: Zaxarova ATƏT-in Azərbaycandakı seçki hesabatını TƏNQİD ETDİ: “Anlayışları yoxdur” – VİDEO  

177426

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) missiyasının seçkiləri müşahidə etmək barədə heç bir anlayışı yoxdur. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Federasiya Şurasının dövlət suverenliyinin qorunması və Rusiyanın daxili işlərinə müdaxilənin qarşısının alınması üzrə komissiyasının iclasında deyib. 

M.Zaxarova ATƏT/DTİHB missiyasının Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin nəticələrinə dair hesabatını "şedevr" adlandırıb və onu şərh etməmək üçün özünü zorla saxladığını bildirib. 

Onun sözlərinə görə, seçki keçirən ölkələr müxtəlif partiyalardan nə qədər namizəd qeydə alsalar da, hansı platformalara malik olsalar da, bunun ATƏT müşahidəçiləri üçün heç bir əhəmiyyəti olmayacaq. 
“Yəni onların bununla bağlı qərarları siyasi qərəz və əvvəlcədən müəyyən edilmiş nəticə olacaq. ATƏT/DTİHB-ə bir sualım var. Onlar hətta dövlət üçün kritik bir anda cəmiyyətin konsolidasiya konsepsiyası haqqında nəsə eşdiblərmi? Məncə, heç nə eşitməyiblər. Əgər bu, belədirsə, deməli, seçkiləri necə müşahidə etmək barədə heç bir anlayışları yoxdur”, - o bildirib. 
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin