Lavrovun müavini: “İrəvan üçün ən yaxşı yol üçtərəfli sazişlərin həyata keçirilməsidir”

Hazırda oxunan: Lavrovun müavini: “İrəvan üçün ən yaxşı yol üçtərəfli sazişlərin həyata keçirilməsidir”

177299

“Moskva, İrəvan və Bakı regionda dəmir yolu əlaqəsinin necə bərpa olunacağına dair ümumi razılığa gəliblər”.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “Rossiya24”-ə müsahibəsində bildirib.

Qaluzin qeyd edib ki, hazırda Ermənistan və Azərbaycan regionunda vəziyyət sabitdir:

“Bu gün bizim vəzifəmiz tərəfdaşlarımız olan Ermənistan və Azərbaycana davamlı sülh və dinc qarşılıqlı fəaliyyət yoluna çatmağa kömək etməkdir. Biz hər zaman sülh müqaviləsi üzrə danışıqlar üçün meydançamızı təqdim etməyə hazırıq”. 

Lavrovun köməkçisi İrəvanın son günlər Rusiya ilə bağlı qərarlarına da toxunub:

“Ümid edirik ki, İrəvan Rusiya Federasiyasını bu prosesdən sıxışdırmağa, Cənubi Qafqazda mövcud güc balansını pozmağa və bununla da Rusiyanın qonşuluğunda daha bir münaqişə yaratmağa yönəlmiş qeyri-regional oyunçuları cəlb etmək əvəzinə, üçtərəfli sazişlərin həyata keçirilməsinin normallaşmanın ən etibarlı yolu olduğunu anlayacaq".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin