Türkiyəli deputat: “Prezident seçkilərinin 30 il sonra Qarabağda keçirilməsi tarixi hadisədir”

Hazırda oxunan: Türkiyəli deputat: “Prezident seçkilərinin 30 il sonra Qarabağda keçirilməsi tarixi hadisədir”

177218

"Qazaxıstan, Türkmənistan və Türkiyə olaraq ölkələrarası missiyamızla seçki prosesini müşahidə etdik. Səsvermə zamanı hər hansı qanun pozuntusuna və nizamsızlığa rast gəlmədik". 

Bizim.Media xəbər verir ki, Türkiyə parlamentinin deputatı Osman Mesten prezident seçkilərinin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında deyib. 

Deputatın sözlərinə görə, prezident seçkilərinin 30 il sonra azad edilmiş ərazilərdə keçirilməsi tarixi bir hadisədir: 

"Seçki prosesini müşahidə edən zaman hər kəsin üzündə layiqli namizədini seçmək üçün həyəcan gördük. İlham Əliyevin 92,05 faizlə qalib gəldiyini və Azərbaycan xalqının ona nə qədər yaxın olduğunu, liderini dəstəklədiyini öyrəndik.  Bu, həm Azərbaycan, həm də qardaş Türkiyə üçün xeyirli olsun. Azərbaycana bizə göstərdikləri qonaqpərvərliyə görə ayrıca təşəkkür edirik". 

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin