Sanya Praseut: “Prezident seçkiləri tam demokratik şəkildə keçirilib”

Hazırda oxunan: Sanya Praseut: “Prezident seçkiləri tam demokratik şəkildə keçirilib”

177169

“Müşahidələrimizə əsasən, bütün proses tam şəffaf şəkildə keçirilib”.

Bizim.Media xəbər verir ki, bunu AİPA - ASEAN Inter-Parlament Assembleyanın Komitə sədri, heyət rəhbəri Sanya Praseut növbədənkənar Prezident seçkilərinin  nəticələrinə dair keçirilən brifinqdə bildirib. 

“Seçkilərdə 7 məntəqədə olduq, səsvermə prosesini izləmək imkanımız oldu. Səsvermə prosesi tamamlandıqdan sonra, səslərin sayılması prosesi ilə də yaxından tanış olduq.

Müşahidələrimizə əsasən, bütün proses tam şəffaf şəkildə keçirilib. Bu seçki texniki cəhətdən kifayət qədər səmərəli oldu. 
Açıq, şəffaf, sülh və ədalətli şəkildə aparılan seçkilərdə 7 siyasi partiya təmsil olundu. Ümumilikdə 70%-dən çox seçici səsvermədə iştirak edib və onların qorxudulması halı ilə heç rastlaşmadıq. Həm siyasi partiyalar, həm beynəlxalq təşkilatlara şərait yaradıldı ki, səsvermə prosesinə şahidlik edə bilsinlər. 

Bu da onu deməyə əsas verir ki, seçkilər tam hüquqi şəkildə tamamlandı. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda Prezident seçkiləri tam demokratik şəkildə tamamlandı”, - deyə heyət rəhbəri bildirib. 

Nuranə Daxilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin