Süveyş kanalını bağlayan gəmi müsadirə edildi - 1,5 milyardlıq cərimə 

Hazırda oxunan: Süveyş kanalını bağlayan gəmi müsadirə edildi - 1,5 milyardlıq cərimə 

17713

Misirin İsmailiyyə şəhər Məhkəməsi Süveyş kanalında 6 gün yolu bağlayan “Ever Given” konteyner daşıyan gəminin müsadirə edilməsi haqqında qərar çıxarıb.

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı “Shorouk” qəzeti yayıb.

Qərara görə, konteyner daşıyan şirkət 900 milyon (1 milyard 529 milyon manat)ABŞ dolları məbləğində kompensasiyanı ödəyəcəyi halda gəmi sahibinə qaytarılacaq.

Bu müddət ərzində gəmi nəzarət altında qalacaq. Operator şirkətə ondan istifadə qadağan edilib.

Qeyd edək ki, gəmi martın 24-də kanalın 151-ci km-liyində saya oturub. “Ever Given” yük gəmisinin uzunluğu 400 metrdir. O, 224 min ton yükgötürmə gücünə malikdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin